"Xilasedici"nin Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunlarının tarixi bəlli olub
27.11.2025 - 11:56
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandasının Çelenc Kubokunun 1/16 final mərhələsində Belçika təmsilçisi "Lindemans"a qarşı keçirəcəyi oyunların tarixi bəlli olub.
Apasport.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, komanda ilk oyununa dekabrın 9-da Bakıda çıxacaq.
Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da start götürəcək. Komandalar arasında cavab oyunu isə 2026-cı il yanvarın 7-də Belçikada təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi 1/32 finalda Rumıniyanın "Styaua" komandasını mübarizədən kənarlaşdırıb.
- Qurban Qurbanov: “Hər səhvə görə istənilən futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər” - MÜSAHİBƏ
- Azərbaycanlı yarımmüdafiəçi karyerasını bitirib
- Güləşçilərimiz “Zaqreb Open”in ilk gününü 5 medalla bitirib
- Bədii gimnastımız Dünya Kubokunda mübarizə aparacaq
- Federasiya rəhbərliyi gənc voleybolçularla görüşdü
0
0