Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Sloveniyaya yollanıb.
Apasport.az saytının məlumatına görə, Eldar Yusubovun çalışdırdığı yığma mayın 30-dan başladığı məşqləri Mariborda davam etdirəcək.
Voleybolçularımız burada AVRO-2023-ün təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsini keçəcəklər. Mariborda toplanış iyulun 31-də yekunlaşacaq. Hazırlıq çərçivəsində millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə üz-üzə gələcək.
- İngiltərə - Azərbaycan matçının stadionu dəqiqləşib
- Aslan Kərimov: “Qarabağ”ın qol vurmaq şansları daha yüksək olacaq"
- "Qarabağ"ın Transfer Hədəfi Kimdir? Stoykanı Yaxından Tanıyaq - ARAŞDIRMA
- Minifutbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub - YENİLƏNİB
- “Aris”in kapitanı: “Əsas məqsədimiz qələbə qazanmaq olacaq”