Yüksək Liqa: “Neftçi” “Xilasedici” ilə qarşı-qarşıya
20.04.2025 - 13:51
Yüksək Liqa: “Neftçi” “Xilasedici” ilə qarşı-qarşıya

Bu gün qadın və kişi voleyboçuların Yüksək Liqalarında üçüncü yer uğrunda oyunlar keçiriləcək.

Apasport.az xəbər verir ki, qadınların yarışında "Gəncə" "Murov Az Terminal"la qarşılaşacaq.

Qarşılaşma saat 15:00-da başlayacaq. İlk görüş "Murov Az Terminal"ın qələbəsi ilə başa çatıb - 3:1 (25:18, 23:25, 25:18, 25:17).

Kişilərin mübarizəsində isə bürünc medal uğrunda ilk matç start götürəcək. Saat 17:00-da "Neftçi" və "Xilasedici" komandaları üz-üzə gələcək.

Qeyd edək ki, iki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.

Yüksək Liqa 
20 aprel


Qadınlar (ikinci oyun)
15:00. "Murov Az Terminal" - "Gəncə" 

İlk oyun – 3:1
GİN-in Voleybol Mərkəzi

Kişilər (birinci oyun)
17:00. "Neftçi" və "Xilasedici"

GİN-in Voleybol Mərkəzi