Yüksək Liqa: “Turan”dan inamlı qələbə
19.12.2025 - 22:22
Yüksək Liqa: “Turan”dan inamlı qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun növbəti matçı keçirilib.

Apasport.az xəbər verir ki, turun son oyun günündə “Abşeron”la qarşılaşan “Turan” 3:0 (25:19, 25:12, 25:18) hesablı qələbə qazanıb.

Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Turun daha əvvəl gerçəkləşən qarşılaşmalarında “Azərreyl” “Murov Az Terminal”ı (3:0), “Gəncə” isə UNEC-i (3:2) məğlub edib.