Yüksək Liqada yarımfinal həyəcanı davam edir
18.04.2025 - 13:14
Yüksək Liqada yarımfinal həyəcanı davam edir

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün yarımfinal mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun saat 15:00-da başlayacaq və bu görüşdə “Xilasedici” “Azərreyl”lə üz-üzə gələcək.

Günün ikinci matçında isə “Neftçi” və “Murov Az Terminal” kollektivləri qarşılaşacaq.

Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunlarında “Murov Az Terminal” “Neftçi”yə, “Azərreyl” isə “Xilasedici”yə 3:0 hesabı ilə qalib gəlib.