19 yaşlı futbolçu “Mançester Siti”nin radarında
15.09.2023 - 15:27

Daha bir gənc futbolçu “Mançester Siti”nin radarına girib.
Apasport.az saytı xəbər verir ki, Premyer Liqa klubu "Boka Xuniors"un müdafiəçisi Valentin Barkonun oyununu bəyənib.
İngilislər 19 yaşlı futbolçunun keçidini araşdırmağa başlayıb. Argentina klubu isə Avropanın bir çox top-komandalarının diqqət mərkəzində olan gənc oyunçunu mümkün qədər baha qiymətə satmağa çalışır.
Qeyd edək ki, ötən mövsüm 18 matçda iştirak edən Barko bir qol vurub və iki məhsuldar ötürmə edib.
- Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
- Denis Silva: "Neftçi" azarkeşlərinə çox üzülürəm"
- Xabi Alonso Rodriqo barədə: “Onun gələcəyi ilə bağlı hələ qərar verməmişik”
- Vasili Berezutski: “Nəticədən razı deyiləm"
- "Neftçi" və "İnter"dən qələbə, "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNİB
0
0