“Barselona” rəhbərliyi yeni baş məşqçi postu üçün namizədlərin sayını azaldıb.
Apasport.az İspaniya mətbuatına istinadla xəbər verir ki, hazırda siyahıda 3 namizəd qalıb.
Bunlar “Brayton”dan Roberto De Zerbi, “Bayern”in və Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik və “Bayer”dən Xabi Alonsodur.
Mənbə bildirir ki, Ruben Amorim (“Sportinq”), Tiaqo Motta (“Bolonya”), Mişel Anxel (“Jirona”), Yurgen Klopp (“Liverpul”) və Pep Qvardiolanın (“Mançester Siti”) bu siyahıdan çıxarılıb.
Qeyd edək ki, komandanın hazırkı çalışdırıcısı Xavi Hernandez bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
- “Araz-Naxçıvan” elitada 100-cü oyununu keçirib
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- Azərbaycan və Türkiyə qaziləri dünya çempionatında - FOTO
- Rəşad Sadıqov: “Bu amil üzərimizdəki təzyiqi daha çox artırırdı” - VİDEO
- "Qalatasaray" türk ulduzu istəyir: Can Uzun üçün 40 milyon avro