31 yaşlı müdafiəçidən imza
09.07.2023 - 15:19
Hollandiya yığmasının üzvü Stefan de Vrey “İnter”i tərk etməyəcək.
Apasport.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi yeni razılaşmaya imza atıb.
De Vrey 2025-ci ilin yayınadək “İnter”də çıxış edəcək. O, 2018-ci ildə komandaya gəlib və burada 204 oyun keçirib. Stefanın hesabında 9 qol var.
Qeyd edək ki, hollandiyalı müdafiəçi “İnter”lə İtaliya çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.
- Avropa çempionumuz: “Gözlərim önündə müharibə canlandı, erməniyə uduza bilməzdim” - FOTO
- "Samsunspor" yolları ayırdı, "Fənərbaxça" heyətinə qatdı
- "Roma"nın məğlubiyyətsizlik seriyası 15-ə çatıb - 9 il sonra ilk dəfə
- “Real” Mbappenin əvəzləyicisini tapdı
- İtalilya klubları Avropada 3 finalda uduzdular
0
0