39 yaşlı Felipe Melo 20-ci kubokunu qazandı
18.04.2023 - 00:42

Braziliyalı Felipe Melo növbəti dəfə titula sahib olub.
Apasport.az saytı xəbər verir ki, vətənində “Fluminense”nin şərəfini qoruyan mərkəz müdafiəçisi karyerasında 20-ci kuboka yiyələnib.
39 yaşlı mərkəz müdafiəçinin komandası finalda “Flamenqo”nu məğlub edərək (0:2, 4:1) Braziliya kubokunu başı üzərinə qaldırıb.
“Qalatasaray”, “Yuventus”, “İnter” və “Fiorentina” kimi komandaların şərəfini qorumuş Melo bildirib ki, bununla kifayətlənmək niyyətində deyil və karyerasını davam etdirəcək.
- Azərbaycan millisinin "Türkdilli Ölkələr Turniri" üçün heyəti bəlli olub
- Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
- Kikboksçularımız beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”
- Naxçıvan şəhərində "Sağlam həyat" günləri keçirilib
0
0