Super Liqa təmsilçilərindən "Fənərbaxça"da ötən mövsümün ulduzlarından olan Ceyden Ostervolde Avropa komandalarının maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, hollandiyalı futbolçu ilə İtaliya klubları maraqlanır.
Daha öncə "Napoli" 23 yaşlı futbolçunu izləyirdi. İndi "Roma" da futbolçunun transferində maraqlıdır.
Ostervolde həmçinin İngiltərədən "Vest Hem" və "Bornmut"un diqqət mərkəzindədir.
"Fənərbaxça" 2022-2023 mövsümünün ara transfer dövründə "Parma"dan 6 milyon avroya transfer etdiyi Ostervoldedən xəzinəsinə rekord məbləğdə pul qoya bilər.
"Sarı-göylülər" Ostervoldenin mümkün transferindən 25-30 milyon avro aralığında rekord gəlir əldə etməyi hədəfləyir.
Hollandiyalı futbolçu bu mövsüm "bülbüllər"in heyətində 43 matça çıxıb, 2 qol ilə yadda qalıb.
- Bakıda taekvondo üzrə “Koreya səfiri kuboku” keçirilib - FOTO
- Azərbaycan yığması Bosniya və Herseqovina ilə qarşılaşacaq
- ABL: NTD "Abşeron"a, "Lənkəran" "Gəncə"yə məğlub olub - YENİLƏNİB
- "Sumqayıt" 3 legioneri ilə yollarını ayırıb - Rəsmi
- "Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı