41 yaşında yeni müqavilə - Tiaqo Silva vətəninə qayıtdı
23.06.2026 - 00:49
Braziliya millisinin sabiq müdafiəçisi Tiaqo Silva karyerasını vətənində davam etdirəcək.
Apasport.az xəbər verir ki, 41 yaşlı futbolçu “Portu”dan ayrıldıqdan sonra “Fluminense” ilə müqavilə imzalayıb.
Tərəflər arasında bağlanan anlaşmanın müddəti 1 illik olaraq nəzərdə tutulub.
Qeyd edək ki, Tiaqo Silva peşəkar karyerası ərzində “Fluminense”, “Milan”, PSJ və “Çelsi” kimi klubların formasını geyinib. Təcrübəli müdafiəçi Braziliya millisinin heyətində 100-dən çox oyuna çıxıb.
0
0