45 milyonluq müdafiəçi
30.07.2023 - 22:38
“Çelsi” müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, London klubu Aksel Disasi ilə maraqlanır.
“Monako”da çıxış edən arxa xətt oyunçusu “zadəganlar”ın əsas transfer hədəfi olub. Bəzi məlumatlara görə, klublar artıq razılıq əldə ediblər. Fransalı futbolçunun növbəti həftə təqdim olunması gözlənilir. Bu keçidin reallaşması üçün “Çelsi”yı 45 milyon ödəyəcək.
Qeyd edək ki, Disasinin knyazlıq klubu ilə 2025-ci il oyunun sonunadək müqaviləsi var. 25 yaşlı müdafiəçi 2022/23 mövsümündə “Monako”nun heyətində 49 oyun keçirib.
- Çempionlar Liqasında III mərhələnin ilk oyunlarına yekun vurulub
- Kaxaber Tsxadadze: "Heç kim deyə bilməz ki, I Liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir"
- Vüsal İsgəndərli: "Şeydayevin komandası ilə oynamaq maraqlı olardı" - Müsahibə
- Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"
- Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib
0
0