“Mançester Yunayted” Rasmes Hoylundla bağlı danışıqları yekunlaşdırmaq üzrədir.
Apasport.az-ın məlumatına görə, “Atalanta” futbolçunun transferinə “yaşıl işıq” yandırıb.
Mankuniyanlar bir neçə dəfə italiyalı həmkarları ilə danışıqlar aparsalar da, qiymət məsələsində ortaq məxrəcə gəlmək mümkün olmayıb. Nəhayət, “Atalanta” 70 milyon avro və bonuslarla təklifə müsbət cavab verib. 20 yaşlı danimarkalı hücümçunun “Mançester Yunayted”lə beş illik müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, Hoylund “Atalanta”da bir mövsüm keçirib. O, A seriyasında 32 oyunda 9 qolla yadda qalıb.
- De Bruyne Qvardiolanı məyus etdi - Premyer Liqada qalacaq
- "Araz-Naxçıvan" Super Liqa təmsilçisinə qarşı
- Mbappenin azarkeşi olduğu ingilis klub
- Rəşad Sadıqov: “İstəyərdik ki, hər şey 90 dəqiqədə bizim xeyrimizə həll olunsun”
- Stolüstü tennisçilərimiz Almaniya və Çexiyada beynəlxalq turnirlərdə iştirak edəcəklər