“Mançester Siti”nin Cud Bellinqemə təklif etdiyi maliyyə şərtləri bəlli olub.
Apasport.az saytının məlumatına görə, Dottmund “Borussiya”sının futbolçusu böyük məbləğdə maaşdan imtina edib.
İngiltərə klubu 19 yaşlı yarımmüdafiəçiyə vergilər çıxıldıqdan sonra 15 milyon avro ödəməyə hazır olub. Mançesterlilər Cuda 6 illik müqavilə təklifi göndərib.
Lakin “Real”a keçməyi arzulayan ingiltərəli 90 milyonluq anlaşmanı qəbul etməyib. Hərçənd İspaniya nəhəngi bundan xeyli aşağı şərtlər irəli sürüb.
Bellinqem “Real”da oynamağı puldan üstün tutan ilk futbolçu deyil. Vinisius Junior, Rodriqo Qoes, Eduardo Kamavinqa, Orelyen Tçuameni və Endrik də eyni addımı atıb.
Qeyd edək ki, Cud mövsümün 40 matçında 11 qol vurub və 7 məhsuldar ötürmə verib.
- Kikboksçularımız Latviyada 3 qızıl və 1 gümüş medal qazanıblar
- “Qalatasaray” 189 sm-lik hücumçuya elçi düşdü
- “Qarabağ”ın Avropa Liqası planı BƏLLİ OLDU
- “Mançester Yunayted” və “Tottenhem” kamerunlu futbolçu uğrunda yarışacaq
- Meksikalı boksçu Messiyə əsəbləşdi: “Allaha dua edirəm ki, onunla rastlaşmayım”