
"Bizim üçün çox üzücü axşam oldu. Burda itirilən iki xal ağır itkidir".
Apasport.az xəbər verir ki, bu sözləri "Fənərbaxça"nın vitse-prezidenti Acun İlıcalı deyib.
Klub rəsmisi "Kayserispor"la matçdan (3:3) sonra jurnalistlərə açıqlama verib:
Rəhbərlik olaraq bütün məsuliyyəti öz üzərimizə götürürük. Təbii ki, ortada günahkar varsa, biz də buna daxilik. Bu xal itkisinə görə bütün azarkeşlərimizdən üzr istəyirik. Fanatlarımız bilsin ki, biz də gecə-gündüz "Fənərbaxça"nın uğurları üçün çalışırıq. Əlimizdən gələni etdik. Bəzən olmayanda olmur. Futbolun bir tərəfi də budur".
Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Super Liqasında "Qalatasaray"dan 5 xal geridədir.
- Güləş üzrə U-17 Avropa çempionatı start götürüb
- Acun Ilıcalı haqlı çıxdı: Sabiq "Hall Siti"li 30 milyona satıldı
- Ronaldoya 20 qoyun təklif edib, “Mançester Yunayted”dən cavab gözləyirlər
- “Ordu”nun baş məşqçisi: “Bu oyun bizim üçün dərs olmalıdır”
- Azərbaycanın sambo əfsanəsi Əbülfəz Əliyevə həsr olunmuş tədbir keçirilib - VİDEO