“Adana Demirspor” addım-addım I Liqaya - yenə xalı silindi
25.02.2025 - 19:56

FIFA Türkiyənin "Adana Demirspor" klubunu növbəti dəfə cəzalandırıb.
Apasport.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Adana təmsilçisinin daha 6 xalı silinib.
Qurum daha öncə klubun 3 xalını silmişdi.
Qeyd edək ki, Super Liqanın sonuncu pilləsində qərarlaşan komandanın xalı -3-ə düşüb.
0
0