Alan Şirer vaxtilə futbolçusu olduğu İngiltərə milli komandasının DÇ-2022-dəki iştirakı ilə bağlı proqnoz verib.
Apasport.az saytının məlumatına görə, futbol veteranı kapitanı olduğu yığmadan uğurlu çıxış gözləmir.
Sabiq hücumçu futbolun yaradıcılarının 1/4 final səddini keçə bilməyəcəyini düşünür: “Onların son iki turnirdə olduğu qədər irəliləyəcəyini düşünmürəm. Yarımmüdafiə və hücum xətti güclüdür. Amma müdafiə narahatçılıq doğurur. Düşünürəm ki, İngiltərə öz qrupunda birinci yeri tutmalıdır”.
Qeyd edək ki, İngiltərə son iki böyük turnirdə 1/4 finalı arxada qoyub. Qaret Sautqeytin yetirmələri DÇ-2018-də yarımfinal, AVRO-2020-də finala qədər irəliləyib.
- Boksçularımız "Adriatik incisi”ndə mübarizə aparacaqlar
- Amil Yunanov: “İstədiyimizi edə bilərik” - MÜSAHİBƏ
- Nihat Məmmədli və Qurban Qurbanov dünya çempionatının finalında
- Hüseyn Məhəmmədov: "Yerli mütəxəssislərə şans vermək daha yaxşıdır"
- "Turan Tovuz"a növbəti pis xəbər: Ən azı 2 həftə oynamayacaq