Alkantara 6 həftə oynamayacaq
09.08.2022 - 16:42
“Liverpul” yarımmüdafiəçisi Tyaqo Alkantaranın xidmətindən məhrum olub.
Apasport.az saytının məlumatına görə, ispan futbolçu Premyer Liqanın I turunun “Fulhem”lə görüşündə zədələnib.
Alkantara 6 həftə meydanlardan kənar qalacaq. Bu da onun Premyer Liqanın növbəti altı turunu buraxması deməkdir. Onun zədələndiyi qarşılaşma 2:2 hesabı ilə nəticələnib.
Qeyd edək ki, Tyaqo ötən mövsüm 39 matçda forma geyinib. O, bu görüşlərdə 2 qola imza atıb.
- Cüdoçularımız Dubrovnik Avropa Kuboku turnirində iştirak edəcək
- "Beşiktaş" heyətini Səudiyyə Ərəbistanında çıxış edən futbolçu ilə gücləndirəcək
- Fransada 2 futbolçunun evi Yeni il günü qarət olunub - FOTO
- İdmançılarımız İtaliyada keçirilən Dünya Kubokunda iştirak ediblər
- Zaur Həşimov: “Qarabağ” heyətinə görə əvvəlki illərdən daha zəifdir” - Müsahibə
0
0