Almaniya millisinin baş məşqçisi postuna namizədlər bəlli olub.
Apasport.az saytı xəbər verir ki, bundestimə rəhbərlik şansına malik olanlar arasında “Liverpul”dan Yurqen Klopp, 2022-ci ilin dekabrında Niderland millisindən ayrıldıqdan sonra işsiz qalan Lui van Qaal və “Borussiya”nın (Dortmund) ştatdankənar müşaviri Matias Sammer yer alırlar.
Lakin yerli mətbuatda “Bavariya”nın sabiq çalışdırıcısı Julian Naqelsmann bu posta əsas favorit olaraq göstərilir.
Qeyd edək ki, Hans-Diter Flik uğursuz nəticələrə görə istefaya göndərilib. Millini Fransa ilə qarşıdakı yoldaşlıq oyununa Rudi Feller, Hannes Volf və Sandro Vaqnerdən ibarət məşqçi heyəti çıxaracaq.
- Beynəlxalq dərəcəli hakimimiz Asiya çempionatının ən yaxşısı seçilib - FOTO
- Yurgen Klopp "Liverpul"dan ayrılır
- Bakıda boks üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- Misli Premyer Liqasında XIII turun hakimləri açıqlandı