Almaniya millisinin futbolçusunun fırıldağı üzə çıxdı - FOTO
10.03.2023 - 13:03

Dortmund “Borussiya”sının gənc futbolçusu Yussufa Mukoko ilə bağlı fırıldaq üzə çıxıb.
Apasport.az saytı xəbər verir ki, Almaniya millisinin Kamerun əsilli mərkəz hücumçusunun “lipa” olduğu bəlli olub.
Fırıldağın üstünü isə “Bild” nəşri açıb. Burada çap edilən sənədlərdə Mukokonun heç də 18 yaşında olmadığı müəyyənləşib. O, əslində 2000-ci il təvəllüdlüdür və 23 yaşına keçib.
Qeyd edək ki, 2016-cı ildə Dortmund təmsilçisinin heyətinə cəlb olunan Mukoko 2020-ci ildən əsas komandada çıxış edir. Futbolçu bu mövsüm 26 oyunda 6 qol və eyni sayda assistlə yadda qalıb.
- Həsrət Cəfərov: “III MDB Oyunları - Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir”
- “El Klasiko” öncəsi “Real”da itki
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
- Belçika millisinin Avropa çempionatı üçün heyəti bəlli olub
- Üç sərbəst güləşçimiz yarımfinalda!
0
0