Almaniyada 2025-ci ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, “Kicker” nəşrinin keçirdiyi sorğunun nəticələrinə əsasən, “Bayer”in sabiq yarımmüdafiəçisi Florian Virtz ilin ən yaxşısı seçilib.
22 yaşlı hücumameyilli yarımmüdafiəçi 191 səs toplayıb.
“Bavariya”nın vingeri Maykl Olise 81 səslə ikinci, “Ştutqart”ın hücumçusu Nik Voltemade isə 71 səslə üçüncü yeri tutub.
Qeyd edək ki, Florian Virtz ötən mövsüm “Bayer”in heyətində çıxdığı 45 rəsmi matçda 16 qol vurub və 15 məhsuldar ötürmə edib. Almaniya millisinin üzvü iyul ayında 125 milyon avro müqabilində “Liverpul”a transfer olunub.
- Azərbaycan millisi dünya çempionuna qarşı
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- "Qalatasaray"da yeni sponsorluq müqaviləsi - 83 milyon avro qazanacaq
- Premyer Liqa: “Mançester Yunayted” və “Tottenhem” xalsız qalıb
- “Sumqayıt” “Lənkəran”ı məğlub edib