Amorim 7 futbolçu ilə vidalaşacaq
19.11.2024 - 17:49
"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim komandadan ayrılmalı olan futbolçuların siyahısını hazırlayıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 7 futbolçunu heyətdə görmək istəmir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Amorim Antomi, Kazemiro, Conni Evans, Tirel Malasiya, Kristian Eriksen, Viktor Lindelöv və Harri Maquayrla yolların ayrılmasını istəyir. 39 yaşlı məşqçi bununla bağlı klub rəhbərliyini məlumatlandırıb.
Qeyd edək ki, Ruben Amorim "Mançester Yunayted"lə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
- Faiq Hacıyev: “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm" - MÜSAHİBƏ
- Azərbaycan Kubokunda I turun oyun cədvəli bəlli olub
- "Dəmir adam" Azərbaycanda federasiya prezidenti seçildi
- Qrizmann Araqonesə çatdı, növbədə Etodur
- Deni Qaysumov: "Azərbaycan millisinin oyununda stabillik yoxdur"
0
0