Amorim onu komandada saxlamaq istəyir
09.05.2025 - 15:44
Amorim onu komandada saxlamaq istəyir

“Mançester Yunayted” adı Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”la hallanan yarımmüdafiəçisi Bruno Fernandesi buraxmaq istəmir.

Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ruben Amorim açıqlama verib. İngiltərə mətbuatına danışan mütəxəssis Brunonun transferinə icazə verməyəcəklərini bildirib:

“Fernandes bizim kapitanımızdır və onun qalması üçün hər şeyi edəcəyik”.

30 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm 52 oyunda 19 qol vurub, 18 məhsuldar ötürmə edib.