Ançelotti Fransa klubunda - RƏSMİ
01.06.2026 - 14:40
"Lill" klubunun yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bu posta Davide Ançelotti təyin olunub.
Bu haqda Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
36 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb. O, daha öncə "Bavariya", "Napoli", "Everton", "Real" kimi komandalarda və Braziliya millisində köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, “Lill” 2025/26 mövsümünü Fransa Liqa 1-də 3-cü pillədə başa vurub.
- Maqnus Karlsen yığmanın heyətinə daxil edilməyib
- AL: “Qarabağ” və "Sabah"ın III mərhələdəki potensial rəqibləri - YENİLƏNİB
- Çeferindən İnfantino ilə bağlı qərar – FIFA prezidentliyinə namizəd olmayacaq
- "Qəbələ"dən nigeriyalı transfer – Meşakla müqavilə imzalandı
- UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı: "Braqa" ilə görüşü buraxacaq
0
0