Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real Madrid” doğma meydanda “Mançester Siti”ni qəbul edib. Görüş 3:3 hesablı məhsuldar heç-heçə ilə yekunlaşıb.
Apasport.az xəbər verir ki, bu qarşılaşmada “kral” klubunun baş məşqçisi Karlo Ançelotti yeni rekorda imza atıb.
İtaliyalı mütəxəssis Çempionlar Liqasında 200 oyun keçirib. Ançelotti tarixdə bu göstəriciyə çatan ilk məşqçidir. Aleks Ferqyuson bu reytinqdə ikinci, Arsen Venger isə üçüncüdür.
Qeyd edək ki, "Mançester Siti" ilə "Real Madrid" arasında cavab oyunu aprelin 17-də İngiltərədə keçiriləcək. Matçın qalibi yarımfinalda "Arsenal" - "Bavariya" cütünün qalibi ilə oynayacaq.
- Rəşad Sadıqov: "Builki avrokubok görüşlərimizdən çox razı qaldım"
- Qurban Qurbanov: “Rəqibə görə oyuna hazırlaşmışıq”
- Elmar Baxşıyev: “Hakimlərdən danışmağa başlasaq, futbolu unudacağıq”
- Voleybol üzrə ölkə çempionatının növbəti oyunlarına start veriləcək
- Basketbolçularımızın Dünya Qadın Seriyasındakı ilk rəqibləri bəlli olub