Ançelottidən Arda Gülər açıqlaması
15.01.2024 - 12:41
"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya Super Kubokunun finalında "Barselona"nı 4:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuata açıqlama verib.
Apasport.az xəbər verir ki, İspaniya təmsilçisinin çalışdırıcısı Türkiyə millisinin 18 yaşlı futbolçusu Arda Gülər barədə danışıb.
İtalyan baş məşqçi Gülər haqqında bunları deyib: "Arda əsas oyunçularımızdan biridir. Biz sadəcə 11 futbolçu ilə oynamırıq. Bütün oyunçular bu komandanın heyətindədir. Arda bundan sonra daha çox vaxt tapacaq".
Qeyd edək ki, Arda "Real"a Türkiyənin "Fənərbaxça" klubundan keçib.
- Jozef Blatter və Mişel Platiniyə korrupsiya işi üzrə bəraət verildi
- III MDB Oyunları: Azərbaycan badmintonçusu gümüş medal qazanıb
- “Qarabağ”ın futbolçusu Super Liqa klubunun hədəfində
- Osimhen ilk qolunu vurdu, "Qalatasaray"ın seriyası qırıldı
- Azərbaycan Voleybol Federasiyası APA-nı təltif edib - FOTO
0
0