“Mançester Yunayted”in hücumçusu Antoni məişət zorakılığında günahlandırılır.
Apasport.az-ın məlumatına görə, braziliyalı məşhur dijey Qabriela Kavallin bu barədə polisə şikayət edib.
San-Pauludaki polis məntəqəsinə ərizə ilə müraciət edən şikayət edən Kavallin oyunçunu ona zor tətbiq etdiyini və zədələr aldığını bildirib. Tanınmış dijey təcili məhkəmə-tibbi müayinə olunmasını tələb edib. Onun şikayətə şəkillər və Antoni ilə arasında yazışmaları əlavə etdiyi də məlum olub.
Qeyd edək ki, “San-Paulu”nun yetirməsi olan Antoni 2022-ci ildə “Ayaks”dan “Mançester Yunayted”ə transfer olunub.
- Albaniyada favorit kimdir? - PROQNOZ
- İrəvanda bayrağımızı yandıran erməni beynəlxalq axtarışa verildi
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
- Paris-2024: Azərbaycan medal sayına görə 1 pillə geriləyib - Siyahı
- Mahir Emreli: “Böyük klublara qarşı oynamağı mən sizdən də çox gözləyirəm” - MÜSAHİBƏ