Anxel Di Maria milli ilə vidalaşacağı vaxtı açıqladı
08.09.2023 - 12:26
Anxel Di Maria Argentina millisindəki karyerasını bitirməyə hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, 35 yaşlı dünya çempionu 2024-cü ildə yığma ilə vidalaşmağı planlaşdırır.
Portuqaliya “Benfika”sının şərəfini qoruyan yarımmüdafiəçi artıq bütün diqqətini klub karyerasına ayıracaq. Di Mariya gələn il keçirilməsi nəzərdə tutulan Amerika Kubokundan sonra bu qərarını reallaşdıracaq.
Qeyd edək ki, 2008-ci ildən Argentina millisinin formasını geyinən Anxel 132 matçda 29 dəfə fərqlənib.
- "Sabah"ın futbolçusuna xaricdən təklif: Danışıqlar gedib
- Azərbaycan futbolunda biabırçılıq: Qarşılaşmaya hakim təyin edilmədi
- “Bavariya”nın sabiq futbolçusu Braziliya klubuna idman direktoru təyin edilib
- II Liqaya düşmüşdü - AVROPA LİQASINDA İŞTİRAK EDƏCƏK
- Bu gün 4 paralimpiyaçımız mübarizəyi başlayacaq
0
0