
“Araz-Naxçıvan”ın zədəli futbolçularının son durumu açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlmat verib. .
“Araz-Naxçıvan” Premyer Liqasının XIX turunun “Qarabağ”la oyunu öncəsi son məşqinə çıxıb.
Zədəli futbolçulardan Orxan Əliyev kollektivlə çalışmalara qoşulub. İsmail Azzaui hələ də həkim nəzarəti altında müalicəsini davam etdirir.
İsmaildən başqa, Vanderson da sabahkı matçda meydana çıxmayacaq. Buna səbəb braziliyalı yarımmüdafiəçinin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir.
Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunu yanvarın 23-də, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Türkiyə üçün Ronaldo, Dibala və Bonuççinin formasını 5 milyona satdı
- "Qalatasaray" rəsmisi: "Həyatımda Ali Koç kimi prezident görməmişəm"
- Millimiz danimarkalılara da məğlub oldu
- Milli komandamız Haiti yığmasına məğlub oldu - YENİLƏNİB
- Prezident etiraz etdi: "Azarkeşlər sağa biləcəyimiz inəklər deyil"