Arda Turan karyerasını bitirdi
12.09.2022 - 16:28
Arda Turan futbolçu karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, bunu son klubu “Qalatasaray” olan futbolçunun özü açıqlayıb.
O, həyat yoldaşının yutub kanalı vasitəsilə belə qərar verdiyini bəyan edib. Hücumameylli yarımmüdafiəçi vida etməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, 2005-11 və 2020-22-ci illərdə “Qalatasaray”da çıxış edən Turan “Atletiko” (2011-15) və “Barselona”da (2015-20) forma geyinib. O, icarə əsasında “Manisaspor” (2006) və “Başakşəhər”də (2018-20) də çıxış edib. Arda 2006-17-ci illərdə Türkiyə millisinin şərəfini qoruyub.
- Azərbaycan millisinin üzvü komandasını tərk etməyə hazırlaşır
- Emin Mahmudov: “Qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var”
- 29 il sonra ilk dəfə 3 Bundesliqa klubu avrokuboklarda yarımfinala yüksəlib
- Qurban Qurbanov: “Hamı qeyri-peşəkar deyir”
- “Liverpul”dan növbəti qələbə, Amorimin debütü uğurlu alınmayıb
0
0