Argentina Messini itirə bilər
26.06.2024 - 11:56

Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kuboku-2024-ün qrup mərhələsinin ikinci turu çərçivəsində Çili ilə oyunda (1:0) ayağından zədə alıb.
Apasport.az xəbər verir ki, 37 yaşlı forvardın əzələlərində problemlər var.
Messi bu gün tibbi müayinədən keçəcək və nəticələr onun gələcək taleyini müəyyən edəcək.
Qeyd edək ki, Argentina Amerika Kubokunun ilk 2 matçında qələbə qazanıb və nüfuzlu turnirin pley-off mərhələsinə vaxtından əvvəl vəsiqə qazanıb.
- Kubok oyununda məğlub olan Ronaldo gözyaşlarını saxlaya bilmədi - VİDEO
- Peres “Barselona”nın transferi haqda: “Əla seçimdir”
- Premyer Liqanın son 2 turunda əcnəbi hakimlər olacaq
- İstanbulda “Qalatasaray”a şok: “Dinamo” ilk xalını qazandı - YENİLƏNİB
- Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”
0
0