Yarımmüdafiəçi Anxel Korrea “Atletiko”nu tərk edə bilər.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu argentinalı ilə müqavilə bağlamaqda maraqlıdır.
Ərəblər 28 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. Korrea klubdan ayrılsa, Madrid təmsilçisi ABŞ-nın "Atlanta Yunayted" komandasından Tiaqo Almadanı almağa çalışacaq.
22 yaşlı yarımmüdafiəçi 2023-cü ildə MLS-də ən yaxşı gənc oyunçu seçilərək, Amerika çempionatının simvolik komandasına daxil olub.
Qeyd edək ki, Argentina millisinin də şərəfini qoruyan Korrea bu mövsüm “Atletiko” forması ilə meydana çıxdığı 23 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim - FOTO
- De Xea “Fiorentina” ilə müqavilə yeniləyib - RƏSMİ
- Musayev: “Bakcell Arena” "Qəbələ" üçün uğrulu stadiondur”
- "Qalatasaray"ın sabiq baş məşqçisi "Beşiktaş" yolunda
- “Kəpəz”in futbolçusu: “ Meydanda fərdi yox, kollektiv şəkildə mübarizə apardıq”