"Real"ın qapıçısı Kepa Arrizabalaqa Luka Modriçin karyerasını bitirmək barədə düşünməsinin hələ tez olduğu qənaətindədir.
Apasport.az saytı xəbər verir ki, 28 yaşlı qolkiper xorvatiyalı yarımmüdafiəçinin uzun müddət oynamaq gücünün olduğunu düşünür.
Modriçin komandada hər kəs tərəfindən sevilən və hörmət edilən bir futbolçu olduğunu deyən İspaniya millisinin çərçivə qoruyucusu bildirib ki, xorvatiyalı mümkün qədər uzun müddət oynamalıdır: “Modriç “Real”ın əsas oyunçusudur, hamı onu çox sevir”.
Qeyd edək ki, 37 yaşlı futbolçunun “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
- Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb
- "Qalatasaray"ın sabiq ulduzu karyerasını bitirib
- Azərbaycan millisinin meneceri növbəti dəfə beynəlxalq təyinat alıb
- Naxçıvan Futbol Federasiyasına yeni sədr seçilib
- Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb