"Arsenal" "Napoli"nin qapıçısı ilə maraqlanır
14.10.2024 - 18:22

"Arsenal" heyətini gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, “topçular” “Napoli”nin qapıçısı Aleks Mereti transfer etmək istəyir.
“Football Transfers”in yaydığı məlumata görə, klub rəhbərliyi futbolçunun meneceri ilə danışıqlar aparıb. Londonlular hazırda İtaliya təmsilçisi ilə razılığa gəlməyə çalışır.
Lakin neapollular qolkiperi buraxmaq niyyətində deyil. Meretin "Napoli" ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Qeyd edək ki, qapıçı bu mövsüm A Seriyasında 5 oyuna çıxıb. O, bunlardan 3-nü qol buraxmadan başa vurub.
- Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək
- “Qəbələ” Küveyt klubu ilə yoxlama matçı keçirəcək
- Taekvondoçularımız Türkiyə açıq çempionatının ilk günündə 2 medal qazandılar
- Premyer Liqada ayın ən yaxşı qolu açıqlandı
- Azər Məmmədov: “0:4 hesabı ilə məğlub olmuşuqsa, hakim haqda danışmağa dəyməz”
0
0