“Arsenal” Sakanın əvəzləyicisini tapdı
24.12.2024 - 22:08
İngiltərə Premyer Liqası komandalarından “Arsenal” qışda heyətini gücləndirməyi hazırlaşır.
Apasport.az xəbər verir ki, “topçular” PSJ-də yerini itirən Randal Kolo Muanini transfer etməyi planlaşdırır.
“Kristal Pelas”la görüşdə (1:5) zədələnən Bukayo Sakanın uzun müddət sıradan çıxması “Arsenal”ın fransız futbolçunu qışda icarə əsasında heyətinə qatmasına şərait yaradıb.
PSJ-nin baş məşqçisi Luiz Enrike də oyunçunun gedişinə razıdır.
Qeyd edək ki, Muani bu yay “Frankfurt”dan PSJ-yə 95 milyon avroya transfer olunmuşdu.
- "Qarabağ" - "Çelsi" oyununu ukraynalı hakimlər idərə edəcək
- "Yuventus" Kenanı komandada saxlamaq istəyir - Yeni təklif hazırlanır
- Adil Şükürov Estoniya faciəsi haqda: "Düzgün olmayan qərarlar..."
- Avropa nəhənglərindən türkiyəli futbolçuya təklif
- Yeniyetmə parabadmintonçumuz Avropa çempionatının YARIMFİNALINDA - FOTO
0
0