"Arsenal" və "Mançester Siti"nin hədəfi
                    
                    23.04.2024 - 21:00
                        
                    
                    "Arsenal" və "Mançester Siti" yayda "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayş uğrunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, braziliyalının müqaviləsində 100 milyon funt-sterlinqlik sərbəst qalma maddəsi var. Bununla belə, bu yay oyunçunun 80 milyon funt-sterlinqdən çox qiymətə Premyer Liqanın istənilən klubuna satmaq şərti aktivləşdiriləcək. 26 yaşlı Brunonun "sağsağanlar"la müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Nyukasl" İngiltərə Premyer Liqasında 32 turdan sonra 50 xalla 6-cı pillədə qərarlaşıb.
                                
                                0
                                
                                0