“Arsenal”a gözlənilməz rəqib
15.06.2023 - 15:36

“Vest Hem”in futbolçusu Deklan Raysı heyətinə qatmağı planlaşdıran “Arsenal” gözlənilməz rəqiblə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçiyə “Mançester Siti” də elçi düşüb.
Pep Qvardiola 24 yaşlı futbolçunu komandasında görmək istəyir. Bu üzdən “Arsenal” Raysın keçidini mümkün qədər tez reallaşdırmaq niyyətindədir. “Topçular” artıq ilk rəsmi təklifini göndərib. Lakin “Vest Hem” hələ bunu cavablandırmayıb.
Qeyd edək ki, Raysın müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- Qurban Qurbanov birlikdə oynadığı ən güclü 3 futbolçunun adını açıqladı
- Qurban Qurbanov: “Ya tələb olunmalıdır, ya da dövlət səviyyəsində nəsə olmalıdır“
- Ceyhun Nuriyev: "Cütün taleyi ikinci oyunda həll olunacaq"
- Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
- Ramin Quliyev: "Azərbaycan millisi üçün qələbə qazanmağın vaxtıdır"
0
0