“Arsenal”da ciddi itki
18.09.2023 - 10:52

"Arsenal" ciddi itki ilə üzləşib.
Apasport.az saytı xəbər verir ki, “topçular”ın hücumçusu Qabriel Martinelli zədələnib.
22 yaşlı futbolçu bu səbəbdən Premyer Liqanın V turunun "Everton"la matçında meydanı vaxtından əvvəl tərk edib. Oyunun 24-cü dəqiqəsində braziliyalı müdafiəçini Leandro Trossard əvəzləyib. Həkimlər hələlik onun durumu ilə bağlı açıqlama verməyiblər.
Qeyd edək ki, bu mövsüm 8 matçda iştirak edən Martinelli 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- DÇ-2022: Qana yığması Qətərə formasız gəldi
- “İmişli”dən bəyanat: “Bu gün bizim uğurumuza sevinə bilməyənlər…”
- “Fənərbaxça”dan Türkiyə Kuboku qərarı - SON DƏQİQƏ
- Emin Əmrullayev Türkiyənin tanınmış basketbol klubunun prezidenti ilə görüşüb - FOTO
- “Fiorentina” – “Yuventus”: “Biri risk etməyə, digəri zövq almağa çalışacaq”
0
0