“Arsenal”ın müdafiəçisi “Portu”da
06.05.2026 - 13:52
“Portu”da icarə əsasında çıxış edən və müqavilə ilə “Arsenal”a məxsus olan Yakub Kiviorun gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, polşalı müdafiəçi Portuqaliya təmsilçisində qalacaq.
Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
“Portu” 26 yaşlı oyunçunun müqaviləsində yer alan 17 milyon avroluq satınalma bəndini aktivləşdirib.
Rəsmi sözləşmənin yayda açıqlanması gözlənilir.
Qeyd edək ki, Kivior bu mövsüm “Portu”da çıxış etdiyi 38 rəsmi matçda 2 assistlə yadda qalıb.
- “Misli” ölkənin ən böyük idman yay festivalının sponsoru olub
- Deni Qaysumov: "Yeni baş məşqçi əcnəbi olacaqsa Murad Musayev olsun" - Açıqlama
- Elmar Baxşıyev: “Komanda istədiyimi meydanda verdi”
- Tanınmış futbolçumuzun atası HƏBSDƏ ÖLDÜ: anasını güllələmişdi...
- Stadnik yarımfinalda mübarizəni DAYANDIRDI
0
0