Artetanın gözü Sterlinqdə
28.02.2023 - 17:54
“Arsenal” Rahim Sterlinqi heyətinə qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, “topçular”ın baş məşqçisi Mikel Arteta “Çelsi”nin vingerini sərəncamında görmək istəyir.
Bu keçid yayda reallaşa bilər. Arteta “Mançester Siti”də çalışdığı vaxtdan Rahimin oyununa bələddir.
Sterlinq 2022-ci ilin yayında Mançester təmsilçisindən “Çelsi”yə 70 milyon avroya keçib. O, yeni klubunda 25 matçda 6 qol və 3 assistə imza atıb.
Qeyd edək ki, Sterlinqin “Çelsi” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
- Ən məhsuldar “qocalar”: Ronaldo 3-cü, Messi 7-ci
- "Qarabağ"ın rəqibi İngiltərə Kubokunda növbəti tura vəsiqə qazanıb
- Laurentsiu Regekampf: "Mənə dedi ki, nəfəs ala bilmirəm" - MÜSAHİBƏ
- Berezutski islahatlara başladı - ”Sabah”a rusiyalı futbolçu gətirir
- Samir Abasov: "Bu əziyyəti burda həmişə çəkmişik"
0
0