Gənclər akademiyasında böyüdüyü "Kolo-Kolo"ya qayıdan çilili futbolçu Arturo Vidalın təqdimat mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Çilinin paytaxtı Santyaqodakı Monumental stadionuna helikopterlə gələn Vidalı dolu tribunalar qarşılayıb.
36 yaşlı futbolçu əlində qılıncla ata minərək onu gözləyən azarkeşləri salamlayıb.
Almaniyanın “Bayer” və “Bavariya”, İtaliyanın “Yuventus” və “İnter”, İspaniyanın “Barselona” klublarında çıxış edən Vidal bu klublarla 9 liqa çempionu olub.
Təcrübəli futbolçu 2015 və 2016-cı illərdə Çili Milli Komandası ilə Amerika Kuboku çempionluğunu da qazanıb. Sonuncu dəfə "Atletiko Paranaense"də çıxış edən Vidal ötən ay "Kolo-Kolo" ilə müqavilə imzalayıb.
- “Göygöl” mərhələ adladı: “Turan Tovuz”la üz-üzə gələcək
- “Qaradağ Lökbatan” – MOİK qarşılaşmasını FİFA referisi idarə edəcək
- Bundesliqa: Elitanı tərk edən komandaların adına aydınlıq gəlib
- Kaxaber Tsxadadze: “Belə meydançada futbol oynamaq olmaz”
- Qrizmann saçının rəngini səsvermə əsasında dəyişib - FOTO