"Aston Villa" dünya çempionu ilə yollarını ayıracaq
17.05.2025 - 12:38
Emiliano Martinez yayda "Aston Villa"dan ayrılacaq.
Apasport.az xəbər verir ki, argentinalı qapıçı Premyer Liqanın 37-ci turunun "Tottenhem"lə ev oyunundan (2:0) sonra azarkeşlərlə vidalaşıb.
Martinezə Səudiyyə Ərəbistanından təkliflər var. Lakin 32 yaşlı qolkiper Asiyaya yollanmağı düşünmür. Dünya çempionu Avropada qalmaq niyyətindədir.
Qeyd edək ki, "Aston Villa" Emiliano Martinezi 2020-ci ilin yayında "Arsenal"dan transfer edib.
- “Lənkəran”ın baş məşqçisi: “Çox top itkiləri etdik”
- Azərbaycan millisinin Portuqaliya ilə oyunlar üçün heyəti müəyyənləşib
- Sabiq klub prezidenti: “O, “Qarabağ” qladiatorlarının heç yarısı deyil”
- Super Liqada legioner limiti azaldıldı
- Vüqar Nadirov: “Qarabağ”ın hazırkı heyəti Çempionlar Liqası üçün yetərli deyil” - Müsahibə
0
0