“Aston Villa” milli üzvünü satdı
01.07.2022 - 16:25
“Aston Villa” xorvatiyalı qapıçısı Lovre Kaliniçi satıb.
Apasport.az saytı xəbər verir ki, Premyer Liqa klubundan ayrılan qolkiper yetirməsi olduğu “Hayduk”a qayıdıb.
Xorvatiya millisinin heyətində DÇ-2018-in gümüş mükafatçısı olan 32 yaşlı Kaliniç sevimli komandası ilə 3 illik müqavilə imzalayıb. O, ötən mövsümü də icarə əsasında Split təmsilçisində keçirib.
Qeyd edək ki, Lovre Kaliniç 2021/22 mövsümündə Xorvatiya klubunun heyətində 35 oyunda 31 qol buraxıb.
- "Böyük Dəbilqə": Rəcəbov və Bağırov növbəti mərhələdə, Kokauri mübarizəni dayandırıb
- Türkiyədə transfer bombası: SANEDƏN SONRA MANE DƏ GƏLİR
- Millimizin baş məşqçisi: “Hakim iki dəfə yüz faizlik penaltimizi vermədi”
- Qurban Qurbanov: “Hər qələbə bizə əlavə avrokubok təcrübəsi qazandırır”
- "Zirə"nin avrokubok matçlarının saatı bəlli oldu
0
0