"Aston Villa"nın futbolçusu İtaliya klubuna keçəcək
12.01.2026 - 14:14
"Aston Villa"nın niderlandlı hücumçusu Donyell Malen tezliklə İtaliyanın "Roma" klubuna keçəcək.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, klublar 26 yaşlı niderlandlı oyunçunun təxminən 27 milyon avroya satınalma hüququ ilə icarəyə verilməsi barədə razılığa gəliblər.
Hazırda transferin reallaşması futbolçunun qərarından asılıdır. Futbolçunun özü də "Roma"ya keçmək istəyir.
Bu mövsüm Malen bütün yarışlarda 29 oyunda meydana çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Türkiyə millisində ciddi itki - DÇ-də iştirak etməyəcək - YENİLƏNİB
- "Valensiya"nın yeni baş məşqçisi açıqlanıb
- Fiqurlu konkisürənimiz Qış Olimpiya Oyunlarında çıxışını başa vurub
- Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"
- “Trabzonspor” autsayderlə bacarmadı
0
0