"Atalanta" “Atletiko”nun hücumçusunu transfer edib - Rəsmi
16.01.2026 - 12:18
“Atletiko”nun hücumçusu Cakomo Raspadori yenidən İtaliya A Seriyasına qayıdıb.
Apasport.az xəbər verir ki, daha əvvəl “Napoli”nin formasını geyinmiş 25 yaşlı futbolçu karyerasını “Atalanta”da davam etdirəcək. Bu barədə İtaliya klubunun mətbuat xidməti rəsmi açıqlama yayıb.
“Atalanta” Raspadorinin keçidi üçün “Atletiko”ya 22 milyon avro ödəyib.
İtaliyalı forvard cari mövsümdə İspaniya La Liqasında 12 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.
20 turdan sonra A Seriyasında 31 xal toplayan “Atalanta” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- Avro 2024-ün 1/8 final mərhələsinin ən yaxşı qoluna namizədlər bəlli olub
- “Lex” – “Qarabağ” oyununun hakimləri açıqlandı
- Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb - YENİLƏNİB
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
- Məşhur futbolçunun transfer dəyəri 0-a DÜŞDÜ
0
0