"Atalanta" "Fənərbaxça"nın bu futbolçusunu istəyir
18.08.2024 - 18:35
Seriya A klubu "Atalanta" "Fənərbaxça"nın futbolçusunu transfer etmək istəyir.
Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italyanlar Rodriqo Bekaonun xidmətində maraqlıdır.
28 yaşlı futbolçu daha əvvəl bu ölkənin "Udineze" klubunda forma geyinib.
Qasperininin də isti yanaşdığı transfer əgər "Fənərbaxça" şərtlərə razılıq verərsə, tezliklə gerçəkləşə bilər.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi Türkiyə 23 oyuna çıxıb, 1 dəfə qol sevinci yaşayıb.
- Azərbaycan millisi Şərqi Avropa çempionatında
- Danimarka millisinin baş məşqçisi bəlli olub
- "Qalatasaray"ın hücumçusu Renatın komanda yoldaşı oldu
- "Bizə əxlaq dərsi verməyə çalışanlar..." - "Qalatasaray"dan "Fənərbaxça"ya sərt mesaj
- Konfrans Liqası: "Trabzonspor" və "Başakşehir" səfərdə heç-heçə edib
0
0