“Atletiko” 7 il sonra yarımfinalda
                    
                    26.01.2024 - 10:54
                        
                    
                    İspaniya Kral Kubokunun 1/4 final matçında "Atletiko Madrid" doğma meydanda "Sevilya"nı qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
"Atletiko"nun yeganə qolunu 79-cu dəqiqədə Memfis Depay vurub.
Bu nəticə ilə "Atletiko Madrid" 7 il sonra yarımfinala yüksəlib. "Sevilla" isə Kral Kuboku ilə vidalaşıb.
                                
                                0
                                
                                0