“Atletiko” “Barselona”ya qiymət “oxudu”
07.12.2023 - 16:31
“Barselona” Joao Feliksin transferində çətinliklə üzləşib.
Apasport.az xəbər verir ki, buna futbolçunun məxsus olduğu Madrid “Atletiko”sunun istədiyi məbləğ səbəb olub.
Belə ki, paytaxt klubu 24 yaşlı portuqaliyalını 80 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Hazırda maliyyə çətinliyi yaşayan kataloniyalılar isə hücumçu üçün 30-40 milyon avrodan artıq ödəmək gücündə olmadıqlarını bildiriblər.
Qeyd edək ki, Feliks cari mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
- "Sabah"ın futbolçusu əməliyyat olundu - 6 həftə sonra məşqlərə qayıdacaq
- Bundesliqa: “Leypsiq” 3 xalı 3 qolla qazandı
- Qurban Qurbanov: “Viktoriya”nın yalnız qapanacağını düşünmək yanlış olar”
- Türkiyə millisinin AVRO-2024-dən əldə etdiyi gəlir açıqlandı
- Azərbaycanlı nümayəndə ilk dəfə avrokubokların 1/4 finalında
0
0