"Atletiko" Feliks üçün 50 milyon avro tələb edir
12.06.2024 - 11:17
La Liqa klublarından "Barselona" "Atletiko Madrid"ə məxsus hücumçu Joao Feliksi heyətində saxlamağa çalışır.
Apasport.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "Barselona" 24 yaşlı futbolçunu yenidən icarəyə götürmək istəyir, lakin "Atletiko" 50 milyon avroya tam transferdə israrlıdır.
Portuqaliyalı ötən mövsümü icarə əsasında çıxış etdiyi Kataloniya klubunda keçirib.
Qeyd edək ki, Joao Feliks "Barselona"nın heyətində 44 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Forvardın müqaviləsi 2029-cu ilə qədərdir.
- Bu gün Bakıda keçirilən Dünya Kubokuna yekun vurulacaq
- “Nant”ın futbolçusu: "Göstərməliyik ki, qələbə təsadüf deyil"
- AVF prezidenti Qax OİK-də keçirilən təlim-məşq toplanışında iştirak edib
- Paris-2024: İdmançılarımızın bugünkü proqramı
- Qurban Qurbanov: “Müharibədən sonra sanki daha da ürəkli olmuşam”
0
0