"Atletiko Madrid" Vitsellə yeni müqavilə imzalayıb
13.06.2024 - 15:18
Təcrübəli belçikalı yarımmüdafiəçi Aksel Vitsel Madridin “Atletiko” klubu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, tərəflər arasında 2025-ci ilin ortalarına qədər razılıq əldə olunub. Bu barədə klubun rəsmi saytında məlumat yayıb.
35 yaşlı belçikalı Madrid təmsilçisinə 2022-ci ildə "Borussiya" (Dortmund) klubundan transfer olunub.
Ötən mövsüm yarımmüdafiəçi "Atletiko"nun heyətində 51 oyun keçirib və 2 qol vurub.
- FİFA əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirdi
- Millimizin yeni baş məşqçisi: “Əsas hədəfimiz…”
- “Qalatasaray” - “Trabzonspor” matçı bu kanalda - TV AFİŞA
- "Qarabağ"ın "Ludoqorets"lə oyununa 28 min bilet satılıb - YENİLƏNİB
- Bədavi Hüseynov: “Qızıl dubl” etmək istəyirik" - Müsahibə
0
0